“Bizim işimiz təkcə səfərlərlə bağlı deyil” - Səməd Seyidov
Azərbaycan-Türkiyə arasında sərhədlərin bağlandığını, bir sıra beynəlxalq uçuşların təxirə salındığını deyən komitə sədri qeyd edib ki, bütün bunlar beynəlxalq tədbirlərin, eləcə də bundan bir neçə ay sonra keçirilməsi nəzərdə tutulan tədbirlərin təxirə düşməsinə səbəb olur:
“Amma baş verənlər nəticəsində işimizi məhdudlaşdırmamalıyıq. Bizim işimiz təkcə səfərlərlə bağlı deyil. Bizim üçün öz işimizi müasir texnologiyalardan istifadə edərək, beynəlxalq sənədləri nəzərdən keçirmək, yüksək əlaqələri təşkil etmək, ölkəmizin mövqeyini müdafiə etmək çox vacib və əhəmiyyətlidir”.
S.Seyidov əlavə edib ki, Milli Məclisin sabah keçiriləcək iclası koronavirusla bağlıdır: “Amma biz bilməliyik ki, beynəlxalq əlaqələr çox vacibdir. Milli Məclisdə 80-nə yaxın dostluq qrupları fəaliyyət göstərir. Hər bir parlament üzvü komitəsindən asılı olmayaraq beynəlxalq məsələlərdə iştirak etməlidir”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis