Azərbaycanda koronavirusla bağlı cərimələr tətbiq olunacaq

 Azərbaycanda koronavirusla bağlı cərimələr tətbiq olunacaq
  16 Mart 2020    Oxunub:6409
Azərbaycanda epidemiya əleyhinə rejimi pozanlar cərimələnəcək.
Azvision.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimələnəcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Cərimə  





Xəbər lenti