Azərbaycanın Qətərdəki səfirliyində “qaynar xətt” yaradılıb

Azərbaycanın Qətərdəki səfirliyində “qaynar xətt” yaradılıb
  16 Mart 2020    Oxunub:1304
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus (COVID-19) infeksiyasının dünyada, o cümlədən Qətər Dövlətində sürətlə yayılması tendensiyası nəzərə alınaraq, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində “qaynar xətt” yaradılıb.
" "Bu barədə Azvision.az -a Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib. Bildirilib ki, səfirliyin rəsmi saytında, eləcə də sosial şəbəkələrdəki hesablarında bununla bağlı məlumat paylaşılıb.

Qeyd olunub ki, Qətərdə yaşayan soydaşlarımızın koronavirusla əlaqədar müvafiq müraciətlərinin operativ cavablandırılması üçün +974 5028 9222 nömrəli “qaynar xətt” fəaliyyət göstərir.

Azvision.az


Teqlər: Qətər   Səfirlik  





Xəbər lenti