Bu qatarın hərəkət cədvəlində dəyişiklik olunmayıb

Bu qatarın hərəkət cədvəlində dəyişiklik olunmayıb
  14 Mart 2020    Oxunub:1476
Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə dəyişiklik edilməyib.
Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır. Bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Azvision.az


Teqlər: Dəmiryolu   Azərbaycan  





Xəbər lenti