Əli Kərimli ilə bağlı məhkəmə yenidən təxirə salınıb

Əli Kərimli ilə bağlı məhkəmə yenidən təxirə salınıb
  14 Mart 2020    Oxunub:2076
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutan prosesdə Əli Kərimlini yeni vəkili Bəhruz Bayramov təmsil edib.

Şikayətçi Aydın Əliyev iddiası üzrə çıxış etdikdən sonra vəkil Bəhruz Bayramov hakimdən söz istəyib. O, iş üzrə sənədlərlə tanış olmadığından məhkəmə iclasının təxirə salınmasını xahiş edib.

Hakim onun xahişini nəzərə alaraq məhkəmə iclasını 18 mart tarixinə təxirə salıb.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Məhkəmə  





Xəbər lenti