Azərbaycanda futzal liqaları dayandırıldı
Bildirilib ki, koronavirus pandemiyasının dünyada geniş yayılmasınını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan Azərbaycan Futzal Federasiyasının rəhbərliyi martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün matçlar dayandırılıb.
Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqası və I Divizionun oyunları da eyni səbəbdən təxirə salınıb.
Azvision.az
Teqlər: