"ASAN xidmət"lə Boqor şəhəri arasında protokol imzalandı

 "ASAN xidmət"lə Boqor şəhəri arasında protokol imzalandı
  13 Mart 2020    Oxunub:3473
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının Boqor şəhəri Hökuməti arasında Boqor Şəhəri Dövlət Xidmətləri Mərkəzinin təkmilləşdirilməsi haqqında Protokolun imzalanması mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziya Respublikasının Boqor şəhərinin meri Bima Arya Suqiarto imzalayıblar.

Protokolun məqsədi “ASAN xidmət” modeli əsasında Boqor şəhərində dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsidir.

Bununla əlaqədar Boqor şəhər Dövlət Xidmətləri Mərkəzinin rəhbər və işçi heyətinə Dövlət Agentliyinin ekspertləri tərəfindən “ASAN xidmət”in qabaqcıl təcrübəsinə əsaslanan nəzəri və tətbiqi təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: ASANxidmət   Sənəd  





Xəbər lenti