Bakıda silahlı şəxs saxlanıldı - FOTO

Bakıda silahlı şəxs saxlanıldı -  FOTO
  13 Mart 2020    Oxunub:1914
Bakı sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş paytaxt sakini Ağamehdi İslamov Nəsimi rayonu ərazisində tutulub.

Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 21-ci PB-də toplanan materiallar araşdırlması üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti