Yaz sessiyasının işlər planı təsdiq edildi

 Yaz sessiyasının işlər planı təsdiq edildi
  13 Mart 2020    Oxunub:1761
Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı təsdiq olunub.
Azvision.az xəbər verir ki, qanunvericilik işləri planına ümumilikdə 15 qanun layihəsinin müzakirəsi daxildir.

Bunlar "Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsidir.

Həmçinin, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə baxılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti