Hökumət vətəndaşları xaricə getməməyə çağırdı

 Hökumət vətəndaşları xaricə getməməyə çağırdı
  12 Mart 2020    Oxunub:4525
Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

“Bütün vətəndaşlardan COVİD-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur. Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında konsulluq qeydiyyatına düşmələri və olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   Hökumət   Səfər  





Xəbər lenti