Sumqayıt hadisələri ilə bağlı BMT-yə sənəd təqdim edildi

 Sumqayıt hadisələri ilə bağlı BMT-yə sənəd təqdim edildi
  12 Mart 2020    Oxunub:2737
Azərbaycan hökuməti 1988-ci il fevral ayında Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına sənəd təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

Sənəddə vurğulanıb ki, rəsmi araşdırma 1988-ci ilin fevral ayında cərəyan edən hadisələrin erməni ekstrimist təşkilatları tərəfindən Azərbaycanı nüfuzdan salmaq və Ermənistanın qeyri-qanuni işğalçı niyyətlərini ört-basdır etmək məqsədi ilə hazırlanıb həyata keçirildiyini təsdiqləyib.

Sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilib.

Qeyd edək ki, 1988-ci il 27-29 fevral tarixində Sumqayıtda həyata keçirilən qanlı ssenari nəticəsində 6-sı azərbaycanlı, 26-sı isə erməni olmaqla, ümumilikdə 32 Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə mənzil talan olunub, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti