Bakıda yük avtomobili qaz xəttini zədələyib - VİDEO

Bakıda yük avtomobili qaz xəttini zədələyib -    VİDEO
  12 Mart 2020    Oxunub:1998
Bu gün səhər saatlarında Bakının Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, həmin avtomobil diametri 273 mm olan orta təzyiqli qaz xəttini qırıb.

Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.



Azvision.az


Teqlər: Azəriqaz   Bakı  





Xəbər lenti