“Akif Əlizadə bizə xəbərdarlıq etməyib” - ATV

“Akif Əlizadə bizə xəbərdarlıq etməyib” - ATV
  27 Dekabr 2013    Oxunub:991
Yaxın vaxtlarda "Azad Azərbaycan" Teleradio Şirkətinin (ATV) hazırda fəaliyyət göstərdiyi binadan çıxması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin şirkətə xəbərdarlıq etdiyi haqqında məlumat vermişdik.

A. Əlizadə bununla bağlı ATV rəhbərliyinə müraciət və kanal rəhbərliyinə bu barədə xəbərdarlıq etdiklərini bildirmişdi.

Məsələ ilə bağlı "Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu AzVision.az-a açıqlamasında AMEA –dan indiyədək xəbərdarlıq məktub almadıqlarını bildirib.

“Bu gün AMEA –dan Yeni il münasibəti ilə təbrik məktubu almışıq. Rəhbərlik şirkətimizi Yeni il münasibəti ilə təbrik edib. Binanın boşaldılması ilə bağlı bizə xəbərdarlıq məktubu göndərilməyib. Əgər AMEA hər hansısa məktub bununla bağlı ünvanlayarsa ondan sonra məsələyə münasibət bildirəcəyik”- deyə V. Aydınoğlu qeyd edib.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti