Bakı Forumu təxirə salındı - RƏSMİ

 Bakı Forumu təxirə salındı -  RƏSMİ
  11 Mart 2020    Oxunub:3547
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu il martın 12-14-dək keçirilməsi planlaşdırılan VIII Qlobal Bakı Forumu təxirə salınıb.
Bu barədə Azvision.az -a Mərkəzdən məlumat verilib. Bildirilib ki, Forum koronavirusla əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bu ilki Forumun “2020-2030: Yeni onilliyin çağırışı və imkanları” mövzusunda keçirilməsi nəzərdə tutulurdu.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Forum   Koronavirus  





Xəbər lenti