48 hakim intizam məsuliyyətinə cəlb edilib

 48 hakim intizam məsuliyyətinə cəlb edilib
  10 Mart 2020    Oxunub:3109
Ümumiyyətlə, ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub.
Azvision.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında bildirilib.

Qeyd olunub ki, 18 hakimin səlahiyyət müddəti uzadılmayıb. Məhkəmə fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması, aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə ötən il Şurada “Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təsis edilib.

“Qaynar Xətt” yaradılaraq, 2500-dək müracətə baxılıb, 50-dən çox məhkəmədə monitorinq aparılıb. Aşkar edilən pozuntular hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Yol verilən nöqsanların yerində aradan qaldırılması məqsədilə hər həftə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsi yaradılıb.

Azvision.az


Teqlər: Hakim  





Xəbər lenti