Zaqatalanın `məşhur` oğrularının adları açıqlandı

Zaqatalanın `məşhur` oğrularının adları açıqlandı
  27 Dekabr 2013    Oxunub:8723
DİN Zaqatalada diş texnikinin evinə basqın edən silahlı qruplaşmanın digər üzvlərinin adlarını açıqlayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Abşeron Rayon Polis Şöbəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Ramil Əliyev tutulub.

R.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olan Vasif Qarayev, habelə Murad və Şahmurad adlı şəxslərlə birgə dekabrın 6-da Zaqatala rayonunun Danaçı kənd sakini Qurban Qurqunayevin evinə girib onu və ailə üzvlərini döyərək bıçaq və tapança ilə hədələyərək oradan 700.000 rubl (21.200 dollar), 3.000 dollar və 50.000 manat pul aparmaları da müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti