Bitərəf deputatların vitse-spiker postuna namizədi bəlli oldu

Bitərəf deputatların vitse-spiker postuna namizədi bəlli oldu
  10 Mart 2020    Oxunub:3670
Bitərəf deputatların Milli Məclis sədrinin müavini vəzifəsinə namizədi müəyyənləşib.
Azvision.az xəbər verir ki, bitərəf deputatların keçirdiyi toplantıda deputat Adil Əliyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. İclasda Milli Məclisin sədri, onun birinci müavini, iki müavini, parlament komitələrinin sədrləri, onların müavinləri, İntizam Komissiyasının sədri və tərkibi, Hesablayıcı Komissiyanın sədri və tərkibi seçiləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti