Sabah Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək

   Sabah Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək
  09 Mart 2020    Oxunub:2993
Milli Məclisin yeni tərkibdə ilk iclası martın 10-da keçiriləcək.
Azvision.az APA-ya istinadən xəbər verir ki, iclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək. Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı - Fəttah Heydərov açacaq, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparacaq.

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası bitəcək.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Azvision.az


Teqlər: Parlament  





Xəbər lenti