Azərbaycan İrana 5 milyon dollar yardım edəcək

 Azərbaycan İrana 5 milyon dollar yardım edəcək
  07 Mart 2020    Oxunub:3249
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.
Bu barədə Azvision.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVID-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Dünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   İran   Yardım  





Xəbər lenti