Sərhəddə həlak olan əsgərin FOTOSU

 Sərhəddə həlak olan əsgərin   FOTOSU
  07 Mart 2020    Oxunub:4768
Xəbər verdiyimiz kimi, martın 7-də saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb. Dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Azvision.az -ın məlumatına görə, həlak olan əsgər Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Onun nəşi bu gün doğma kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.



Azvision.az



Teqlər: DSX   Əsgər  





Xəbər lenti