Azərbaycanda bütün teatrların fəaliyyəti dayandırıldı

  Azərbaycanda bütün teatrların fəaliyyəti dayandırıldı
  07 Mart 2020    Oxunub:11924
Azərbaycanda bütün teatrların fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Azvision.az -a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, koronavirusla əlaqədar teatrların fəaliyyətinə qoyulan məhdudiyyət mart ayının 27-dək davam edəcək. Onun sözlərinə görə, teatrlara öz fəaliyyətlərini məhdudlaşdırmaları və tamaşaları təxirə salmaları barədə tapşırıq verilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Teatr   Tamaşa  





Xəbər lenti