Qazaxda şəhid olan sərhədçi əsgərimiz - FOTO

  Qazaxda şəhid olan sərhədçi əsgərimiz -    FOTO
  05 Mart 2020    Oxunub:2404
Xəbər verdiyimiz kimi, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub.
Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.



Azvision.az -ın məlumatına görə, Orxan Paşazadə Cəlilabad rayonunun Cəfərxan kəndinin sakinidir. Şəhid əsgər sabah dəfn olunacaq.

Azvision.az



Teqlər: Şəhid   Əsgər  





Xəbər lenti