Siqaret qaçaqmalçılığının qarşısı alındı

Siqaret qaçaqmalçılığının qarşısı alındı
  03 Mart 2020    Oxunub:2204
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 17 000 ədəd "King" markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Azvision.az xəbər verir ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "BMV 523", "Mercedes Benz" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 17 000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti