İki nəfərdən qanunsuz silah götürülüb

İki nəfərdən qanunsuz silah götürülüb
  03 Mart 2020    Oxunub:1643
Sumqayıt və Neftçala sakinlərindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyevdən müvafiq sənədləri olmayan “Marqolin” markalı idman tapançası, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Həmçinin, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini V.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Sumqayıt   Neftçala   DİN  





Xəbər lenti