Minimum əməkhaqqı artırılacaq

Minimum əməkhaqqı artırılacaq
  03 Mart 2020    Oxunub:9097
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması barədə təkliflərin cari ilin ikinci yarısında hazır olacağı gözlənilir.

Nazir müavini araşdırmaların aparılacağını, bundan sonra artım faizinin müəyyən ediləcəyini söyləyib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Maaş  





Xəbər lenti