ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verdi

 ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verdi
  03 Mart 2020    Oxunub:2747
ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir.
28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.

Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 mülki əhalinin hələ də aqibətinin bəlli olmadığı diqqətə çatdırılır.

Beynəlxalq ictimaiyyəti insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü, Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır.

Azvision.az


Teqlər: ABŞ   Xocalı   Qətliam  





Xəbər lenti