“KOB Dostu” Mingəçevir şəhərində

“KOB Dostu” Mingəçevir şəhərində
  02 Mart 2020    Oxunub:1950
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq, növbəti Kiçik və Orta Biznes Dostu (“KOB Dostu”) Mingəçevir şəhərində fəaliyyətə başlayıb.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, bununla bağlı martın 2-də agentliyin təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi, eləcə də regionda fəaliyyət göstərən sahibkarların və onlara xidmət göstərən dövlət qurumlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, KOB dostları tərəfindən regionlarda mikro, kiçik və orta sahibkarlara biznesin qurulması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif dəstək və xidmətlər göstərilir, KOB maraqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. “KOB Dostu” ilə fəal əməkdaşlıq Mingəçevir və ətraf rayonlarda yeni biznes sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, KOB-ların bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, maraqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Mingəçevirdə fəaliyyətə başlayan "KOB Dostu" sayca 23-dür.



Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov rayonun sosial-iqtisadi inkişafı, rayonda sahibkarlıq fəaliyyəti barədə danışıb. O, “KOB Dostu”nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.

Tədbirdə Mingəçevir “KOB Dostu” Ayaz Ədilov sahibkarlara təqdim edilib, KOBİA-nın fəaliyyətinə və “KOB Dostu” mexanizminə dair videoçarxlar nümayiş olunub.

Azvision.az


Teqlər: KOBİA   Mingəçevir  





Xəbər lenti