Ədliyyə Nazirliyinin səlahiyyətləri artırıldı
Azvision.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixində imzaladığı fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Ədliyyə Nazirliyi məhkəmə ekspertizalarının keçirilməsini təşkil edibsə, özəl məhkəmə ekspertlərinin yaranması ilə əlaqədar Ədliyyə Nazirliyinin bu sahədə də vəzifəsi konkretləşib. Nazirlik məhz tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edəcək. Müvafiq olaraq Ədliyyə Nazirliyinin vəzifələri sırasına tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunun tələblərinə riayət etməsinə nəzarət etmək və tabeliyində olan məhkəmə ekspertizası idarəsinin ekspertlərinə və özəl məhkəmə ekspertlərinə məhkəmə eksperti şəhadətnamələri vermək, qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnamələri ləğv etmək daxil edilib.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi