İlham Əliyevə həsr olunan jurnalın təqdimatı oldu

İlham Əliyevə həsr olunan jurnalın təqdimatı oldu
  26 Dekabr 2013    Oxunub:891
Bu gün Bakıda Ukraynada nəşr olunan “Şəxsiyyətlər” (“Liçnosti”) jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilir.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, “Şəxsiyyətlər” jurnalının baş redaktoru Yuri Beletski, Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko, millət vəkilləri, KİV rəhbərləri iştirak edirlər.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkə xaricində də diqqətlə izlənilir.

Onun sözlərinə görə, Azərbaycan tarixində heç vaxt dinlər və millətlər arasında münaqişələr olmayıb.

R.Mehdiyev prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində böyük uğurlara imza atdığını vurğulayıb: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan inkişaf modeli bu gün dünyada diqqətlə öyrənilir. Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib. Bu gün Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də kosmik ölkədir”.

Administrasiya rəhbəri Azərbaycanda bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirildiyini qeyd edib. O, prezident İlham Əliyevin şəxsində Azərbaycanın güclü milli lideri olduğunu vurğulayıb.

Tədbir davam edir.(apa)




Teqlər:  





Xəbər lenti