Seçkilərin nəticələri nə vaxt təsdiqlənəcək? - İclas vaxtı açıqlandı

 Seçkilərin nəticələri nə vaxt təsdiqlənəcək? -  İclas vaxtı açıqlandı
  29 Fevral 2020    Oxunub:9433
Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası martın 5-nə təyin edilib.
Bu barədə Azvision.az -a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək.

Qeyd edək ki, Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib.

Azvision.az



Teqlər: Seçki   İclas  





Xəbər lenti