Metronun 3 stansiyasında hərəkət bərpa edildi - YENİLƏNİB
Bu barədə Azvision.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hər üç stansiyanın fəaliyyəti bərpa edilib.
Bu gün saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a açıqlamasında bildirib ki, xətlərin bütün sahələrində gərginlik bərpa olunub.
"Həzi Aslanov", "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarına gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunub.
Hazırda tunellərdə qalan qatar yoxdur.
Azvision.az