Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi

  27 Fevral 2020    Oxunub : 972
Sumqayıtda yanğın - Sakinlər təxliyə edildi
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər xilas edilib, 10 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Sumqayıt   Yanğın