Məmmədyarov və Cozef Borrellin telefon danışığının detalları

Məmmədyarov və Cozef Borrellin telefon danışığının detalları
  27 Fevral 2020    Oxunub:2350
Bu ilin 25 fevral tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqıbıb xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib ki, nazir Elmar Məmmədyarov, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bəyan edildiyi kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və xüsusilə də Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında həll olunmasına dair Azərbaycanın prinsipial mövqeyini Aİ-nin ali nümayəndəsinin diqqətinə çatdırıb.

Nazir Aİ-nin münaqişənin həlli üzrə sərgilədiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin Azərbaycan və Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə aparılan danışıqların cari vəziyyəti barədə danışıblar. Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının keçirilməsi məsələsinə toxunublar.

Tərəflər habelə, Avropanın enerji təminatında mühüm rol oynayan Cənubi Qaz Dəhlizinin həyata keçirilməsi, onun gələcəkdə genişləndirilməsi, eləcə də nəqliyat və bağlılıq məsələlərini müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti