Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək - QƏRAR

  26 Fevral 2020    Oxunub : 1540
 Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək - QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

Azvision.az -ın məlumatına görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qeyd olunub ki, bu Qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi ilə bağlı məsələləri tənzimləyir.

Dəyişikliyə əsasən, Azərbaycanın Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ olan təşkilatların blanklarında Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə edilməsinə yol verilməyəcək.

Azvision.az

Teqlər: Nazirlər-Kabineti   Gerb