“Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib” - Xələf Xələfov

  26 Fevral 2020    Oxunub : 1518
“Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib” - Xələf Xələfov
“30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır”.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. Nazir müavini bildirib ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:

“Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət yaradır”.

Azvision.az

Teqlər: XİN   Xocalı   XələfXələfov