Azərbaycan Türkiyədən müasir silahlar alacaq

  25 Fevral 2020    Oxunub : 2447
 Azərbaycan Türkiyədən müasir silahlar alacaq
Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışında deyib.

Prezident bildirib ki, bu gün Türkiyə lideri ilə görüş zamanı müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparılıb.

"Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Türkiyə   Silah