MSK sədri: “Xalqa xidmətdən şərəfli fəaliyyət yoxdur”

  25 Fevral 2020    Oxunub : 1468
 MSK sədri: “Xalqa xidmətdən şərəfli fəaliyyət yoxdur”
"Seçki komissiyalarının mütləq əksəriyyəti öz işinin öhdəsindən gəlib"
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, xalqa xidmətdən böyük qazanc, şərəfli fəaliyyət yoxdur:

"Bu baxımdan komissiya gərgin işlədi. Hesab edirəm ki, işinin öhdəsindən gəldi və mən bunu ilk dəfə səsləndirirəm. Çünki əvvəl səsləndirsəydim, onlar fəaliyyətlərində arxayınlaşa bilərdilər".

MSK sədri seçki prosesinin çox gərgin keçdiyini söyləyib: "Bu seçkidə iştirak əvvəlki illərlə müqayisədə çox idi. ​Bu gün Azərbaycan cəmiyyətində canlanma var. Bunu biz də hiss etdik. Bu gün tarixi mərhələ yaşayırıq. Proseslər ictimaiyyəti razı salır. Narazı olanlar öz hüquqlarını Seçki Məcəlləsinə uyğun formada həyata keçirə bilərlər".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK