“Sosial şəbəkələr seçkidə mühüm rol oynadı” - Məzahir Pənahov

  25 Fevral 2020    Oxunub : 1896
 “Sosial şəbəkələr seçkidə mühüm rol oynadı” - Məzahir Pənahov
"Ölkədə islahatlar həyata keçirilir. Gənc nəsil bu proseslərdə xüsusi rol oynayır"
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, 9 fevral seçkiləri islahatlar prosesində ən yadda qalan tarixi hadisə kimi özünü göstərdi:

"Kifayət qədər böyük təmsilçilik oldu. Vətəndaşlarımızın əksəriyyəti gənclərdir. Onlar seçkidə aktiv iştirak etdilər. 2500-dən artıq müraciət olundu. Bütün namizədlərə öz arzularını həyata keçirmək üçün şərait yaradıldı".

MSK sədri vurğulayıb ki, namizədlərin qeydə alınması baxımından lazımi şərait yaradılmışdı: "Seçki zamanı bütün Azərbaycan təbliğat-təşviqat meydanına çevrildi. Potensial namizədlər sosial şəbəkələrdə seçkilər elan olunan andan təbliğat-təşviqata başladı. Sosial şəbəkə fenomeni bu seçkilərin ayrılmaz tərkib hissəsidir. Bu fenomen seçkilərdə mühüm rol oynadı. Elektron cihazların istifadəsi baxımından məntəqələrdə gedən prosesləri ictimaiyyətə çatdırdıq".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki