İrandan qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib

 İrandan qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib
  25 Fevral 2020    Oxunub:3267
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Azvision.az -a daxil olan məlumatda bildirilib ki, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd olunub ki, xəstəxanaya yerləşdirilən şəxslərin əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Azvision.az





Teqlər: İran   Koronavirus   Xəstəxana  





Xəbər lenti