Seçkinin yekun protokolu Konstitusiya Məhkəməsinə göndərildi

  25 Fevral 2020    Oxunub : 2046
Seçkinin yekun protokolu Konstitusiya Məhkəməsinə göndərildi
Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral 2020-ci ildə Mili Məclisə keçirilən seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqləyib, seçkilərin yekunlarını yoxlayıb və təsdiq edilməsi üçün dairə seçki komissiyalarının protokollarını, onlara əlavə edilən sənədləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərib.
Azvision.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bununla da MSK 9 fevral 2020-ci il tarixində Milli Məclisə keçirilən seçkilərə yekun vurub.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki   KonstitusiyaMəhkəməsi