Vergi ödəyiciləri barədə məlumatlara çıxış asanlaşdı

Vergi ödəyiciləri barədə məlumatlara çıxış asanlaşdı
  25 Fevral 2020    Oxunub:2313
“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan əsas komponentləri müəyyənləşib.

Qeyd olunub ki, elektron xidmətlər modulu malgöndərənlərin (podratçıların) VÖEN-i, hüquqi ünvanı, təsisçilərin adı, soyadı, atasının adı və ünvanı, qanuni təmsilçisinin adı, soyadı, atasının adı və ünvanı, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə məlumatların əldə olunmasını təmin edəcək.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti