Rəsədxana barədə yayılan şayiələrə aydınlıq gətirildi

Rəsədxana barədə yayılan şayiələrə aydınlıq gətirildi
  25 Fevral 2020    Oxunub:3153
Naməlum şəxs və şəxslər tərəfindən İqor Kosyaqin və Sergey Mironov adı altında Şamaxı Astrofizika Rəsədxanasının işgüzar imicini korlamaq məqsədilə, həqiqətə uyğun olmayan müraciətlər yayılıb və yayılmaqda davam edir. Bu müraciətlər Azərbaycan, rus və ingilis dillərində 2000-dən artıq ünvana, o cümlədən Rəsədxananın Beynəlxalq səviyyədə tərəfdaşlıq etdiyi elmi-tədqiqat institutlarına və xarici səfirliklərə göndərilib. Müraciətdə saxta “elm təəssübkeşləri” veb saytlara istinad edərək, Rəsədxana ərazisindəki qonaq evlərinin nə məqsədlə istifadə olunacağı barədə poqnozlar verir.
Bu barədə Azvision.az -a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib. Onun sözlərinə görə, şər-böhtan dolu məlumatları kütləvi informasiya vasitələrində Rəsədxananın keçmiş əməkdaşı Yanoş Məhərrəmov yayıb.

“Müxtəlif adlar altında eyni qələmin məhsulu olan ittihamları düşmən ölkə olan Ermənistan mətbuatına da göndərilməsi Rəsədxananı bu mövzu ilə əlaqədar rəsmi açıqlama yayamağa məcbur edir. Bu faktlar artıq bir institutun imicinin zədələnməsi olmayıb, bilərəkdən saxta məlumatlar yaymaqla Respublika elminin aşağılanması, ölkənin elm siyasətinə, eləcə də bütünlüklə ölkənin imicinə vurulan ağır zərbədir”.

N.Cəlilov qeyd edib ki, bu gün Şamaxı Astrofizika Rəsədxanası nəzəri tədqiqatlarla yanaşı, dünyanın aparıcı rəsədxanalarındakı standartlara tam cavab verən üsul və metodlarla, səma cisimlərinin müşahidəsində olan anoloji cihaz və qurğulardan istifadə etməklə müasir astrofizikanın aktual problemərini həll etmək imkanı olan modern bir institutdur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Şamaxı   Rəsədxana  





Xəbər lenti