Hüsnü Mübarək vəfat edib

  25 Fevral 2020    Oxunub : 4473
 Hüsnü Mübarək vəfat edib
Misirin keçmiş prezidenti Hüsnü Mübarək vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölüm xəbəri sabiq prezidentin ailəsi tərəfindən təsdiqlənib. Mübarək uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, 1981-2011-ci illərdə Misirin prezidenti olmuş Hüsnu Mübarək ölkədə baş verən inqilab zamanı istefa verib. Bir müddət həbsdə qalan Mübarək daha sonra azadlığa buraxılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Misir   HüsnüMübarək