Güclü külək Gəncədə binanın damını uçurdu - FOTO

  25 Fevral 2020    Oxunub : 1956
 Güclü külək Gəncədə binanın damını uçurdu - FOTO
Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.
Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Hal-hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.



Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.


Azvision.az

Teqlər: Azəriqaz