“Daxili işlər orqanları inam və etimadı doğruldur” - Vilayət Eyvazov

  25 Fevral 2020    Oxunub : 1638
“Daxili işlər orqanları inam və etimadı doğruldur” - Vilayət Eyvazov
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab​ İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Onun sözlərinə görə, daxili işlər orqanları vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Azvision.az

Teqlər: DİN