“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

  25 Fevral 2020    Oxunub : 1670
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, hazırda önləmə tədbirləri iki regionda olan 10-a yaxın rayon və qəsəbəni əhatə edir.

Qeyd olunub ki, hazırda “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Gədəbəy, Şəmkir, Tovuz, AğstafaQazax rayonlarının, “Şimal” RETSİ-yə daxil olan Xaçmaz, SiyəzənŞabran rayonlarının və Yalama qəsəbəsinin ərazisində güclü külək müşahidə edilir.

“Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur”, - deyə məlumatda bildirilir.

Azərişıq” abunəçilərdən xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat fəaliyyət 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Azvision.az

Teqlər: Azərişıq