Naxçıvanda seçici fəallığı 70,2 faiz olub

  25 Fevral 2020    Oxunub : 2237
Naxçıvanda seçici fəallığı 70,2 faiz olub
Xəbər verdiyimiz kimi, 2020-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilib.
Azvision.az -ın məlumatına görə, seçki sənədləri yoxlanılarkən müəyyən edilib ki, seçici siyahılarına daxil edilmiş 271 min 771 nəfərdən 190 min 669-u, yəni 70,2 faizi seçkidə iştirak edib. Seçki qutularında aşkar edilən bülletenlərdən 187 min 807-si, yəni 98,5 faizi etibarlı hesab edilib.

Azvision.az

Teqlər: Naxçıvan   Seçki   Deputat