MSK bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi

MSK bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi
  24 Fevral 2020    Oxunub:2330
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Piriyev Şaiq Səid oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Sosial şəbəkələr üzrə təqdim edilən materiallara baxış keçirilərkən müəyyən olunub ki, məntəqələrdə prosedur pozuntular olub. Amma seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müşahidə olunmayıb. Təqdim olunan protokolların araşdırması zamanı isə 36 saylı məntəqədə pozuntular aşkarlanıb. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti