Bu məntəqənin nəticələri ləğv edildi

Bu məntəqənin nəticələri ləğv edildi
  24 Fevral 2020    Oxunub:2630
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 63 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizəd Sadıqov Qiyas Böyükağa oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, 28 saylı məntəqədə pozuntular aşkarlanıb. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin olunmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti