“Azərbaycan bütün öhdəliklərə sadiqdir” - Ombudsman

“Azərbaycan bütün öhdəliklərə sadiqdir” -  Ombudsman
  24 Fevral 2020    Oxunub:3487
"Azərbaycan öz müstəqilliyini təmin etdikdən sonra BMT-nin tamhüquqlu üzvü olub və götürdüyü bütün öhdəliklərə sadiqdir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, zəngin tarixi irsə malik olan Azərbaycan xalqı qadının cəmiyyətdə, ailədə roluna xüsusi diqqətlə yanaşıb: "Azərbaycan tarixinin müxtəlif dövrlərində qadınlar kişilərlə bərabər şəkildə fəaliyyət göstərib. Hazırda Azərbaycanda qadınların özəl, biznes sektorunda saylarının artırılması, onların ehtiyaclarının ödənilməsi istiqamətində bir sıra proqramlar həyata keçirilir".

Ombudsman xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarlndan didərgin düşən 700 min şəxsdən 330 mini qadınlardır.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Ombudsman   Qarabağ   Münaqişə  





Xəbər lenti